Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Qala qoruğunda Novruz Bayramı münasibətilə “Sənətkarlıq məhəlləsi -2019” adlı festival keçirilmişdir .

21 mart 2019 | 16:00

   21 mart 2019- cu il tarxdə Xəzər rayonunun Qala qəsəbəsində yerləşən   “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xalqımızın ən qədim milli bayramı olan Novruz bayramı münasibətilə  “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival təşkil edilmişdir .
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov  çıxış edərək Novruz Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi. 
    Daha sonra   Novruz personajları Dədə Qorqud, Kosa, Keçəl pəhləvanlar və Bahar qızının çıxışları , Novruz  tonqalının yandırılması, zorxana oyunları, türk döyüş növlərinin nümayişi, xınayaxdı və “face art” mərasimlərinin təşkili, “Pozitiv kids” studiyasında uşaqlar üçün əyləncəli oyunlar, bəzək əşyalarının hazırlanma prosesi, ətirli çay dəsgahı, ləzzətli səməni halvası və s. kimi milli mətbəx nümunələrimizin təqdimatı iştirakçılarda xoş ovqat yaratmışdır.

Keçidlər