Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi taniyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Naxçıvan MR-na yola salındılar.

23 mart 2019 | 16:00

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu ildə 23 mart 2019 -cu il tarixdə "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Naxçıvan MR-na yola salındılar,
Yolasalınma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısının müavini və RİH     Başçısı Aparatının şöbə müdirləri, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon komitəsinin sədri, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi məktəb direktorları və valideynlər iştirak etdilər.
   Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
     Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və digər natiqlər çıxış edərək  şagirdlərə tovsiyyələr vermiş və onlara uğurlu yol, maraqlı səyahət keçirmələrini arzulamışdır. Həmçinin belə tur-aksiyaların gənc nəslin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünyağörüşlərinin artırılmasında mühüm əhəmiyyət  daşıdığını bildirdilər.
    Həmçinin bildirdilər ki, Tur-aksiya çərçivəsində şagirdlər Naxçıvan şəhərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual, əyləncəli oyunlarda və yarışlarda iştirak edəcəklər.
    Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Naxçıvan şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşdülər.

Keçidlər