Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi

19 mart 2019 | 16:00

    19 mart 2019-cu il tarixdə Xəzər rayonunun  Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında  Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.
     Bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilatların rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etdilər.
    İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması, Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaratdı. Qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış oldular. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin  iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratdı.
     Daha sonra şənlik tanınmış müğənilərin ifalarında kansert proqramı ilə davam etdi.

Keçidlər