Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Xəzər rayonunda qarşılandılar .

17 mart 2019 | 16:00

     17 mart 2019-cu il tarixdə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan  Muxtar Respublikasından gələn məktəblilər Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunda  qarşılanıblar.
    Tur-aksiya iştirakçılarını Xəzər rayon icra hakimiyyətinin məsul işçiləri, AMEA Dendrologiya İnstitutunun əməkdaşları və ictimaiyyət nümayəndələri salamlayıblar .
    Xəzər  RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qurbanov Gülbala məktəblilərin qarşıdan gələn Novruz bayramını təbrik etdi. O,“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaları şagirdlərin   biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasının əhəmiyyətindən danışaraq qonaqlara  xoş arzularını çatdırdı.
    Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən aksiya iştirakçılarına bu elmi müəssisənin tarixi və böyük xeyriyyəçi, neft milyonçusu Murtuza Muxtarov haqqında geniş məlumat verilib. Naxçıvanlı şagirdlər, həmçinin institutda 1800 növ ağac və kol bitkiləri, müasir standartlara cavab verən oranjeriyalar, gül-bəzək ekspozisiyaları, mədəni və dekorativ bitkilər, fond kolleksiyaları ilə yaxından tanış olublar.
       Sonra şagirdlərə AMEA Dendrologiya İnstitutunun braşuraları paylanılıb.

Keçidlər