Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

16 mart 2019 | 16:00

     Xalqımızın ən sevimli bayramı olan Novruzu yüksək səviyyədə qarşılamaq üçün Mərdəkan qəsəbəsində abadlıq işləri görülməkdədir. 
     Belə ki, qəsəbənin mərkəzi küçəsi olan Sergey Yesenin küçəsindəki istirahət parkında mövsümi gül kolları əkilmiş, dəmir barmaqlıqlarda rənglənmə işləri aparılmış, yararsız hala düşən fasad daşları yenisi ilə əvəzlənmişdir.
     Həmçinin qəsəbənin Qılman İlkin və Dəmiryolçular küçələrində sakinlərin və nəqliyyat vasitələrinin rahat şəkildə hərəkət etmələri üçün yolun təmiri işlərinə başlanılmışdır.

Keçidlər