Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirildi

15 mart 2019 | 16:00

  15 mart 2019-cu il tarixində Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən Şağan Mədəniyyət Evində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 100 illiyi münasibətilə  tədbir keçirilib.
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, YAP Xəzər Rayon Təşkilatının sədri,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, DTX –nin Xəzər idarəsi əməkdaşları və DTX-nin veteranları iştirak ediblər.
  Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
 Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə DTX-nin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.  
      Sonda milli təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə hazırlanmış film izlənildikdən sonr bir qrup əməkdaşa Fəxri fərman və mükafatlar təqdim olunub.

Keçidlər