Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məclisi Üns” adlı təbdir keçirilmişdir.

13 mart 2019 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir. Bu sərəncama əsasən respublikada müxtəlif tədbirlər həyata keçirilir.
        12 mart 2019-cu il Xəzər rayonunda yerləşən Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət məktəbində dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Məclisi Üns” adlı təbdir keçirilmişdir.
      Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Icra Hakimiyyəti Başçısının müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, Əməkdar artistlər Elçin Həşimov,Elnur Əhmədov ,məktəb və müəssisə rəhbərləri iştirak edirdilər.
      Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı,Xalq artisti Rasım Balayev, Əməkdar artist Azad Şükürov,Dünşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparmışdır.
     Məktəbin rəsm sinfi şagirdlərinin dahi şairin yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl.gələn qonaqların diqqətinə səbəb oldu.
     Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşaiyəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər “Məclisi Üns”ə xüsusi rəng qatdı.
      Tədbir məktəbin həyətində çərşənbə tonqalının ətrafında davam edib.

Keçidlər