Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Kənddən Şəhərə” bayram yarmarkası fəaliyyətə başladı

02 mart 2019 | 16:00

   “Novruz” bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kənddən Şəhərə” devizi altında təşkil olunan kənd təsərrüfatı məhsullarının satışı yarmarkası bu gün səhər saatlarından fəaliyyətə başlayıb.
   Satış yarmarkası rayonun Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, döngə 2, (köhnə avtovağzalda)  keçirilir. Satış yarmarkası mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün ayrılmış yerdə kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçiriləcək.
  Təşkil olunan yarmarkalarda azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. Həmçinin,“Kənddən Şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.

 

Keçidlər