Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

13 fevral 2019 | 16:00

    13 fevral 2019-cu il tarixdə Xəzər rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirə Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik İdarəsinin kollektivi, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, Qarabağ  müharibəsi əlilləri, veteranları  və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev rayon İcra Hakimiyyətinin qarşısındakı Ümummilli Lider H.Əliyevin heykəlinin qarşısına gül dəstəsi qoymaqla başladı. Sonra tədbir Mərdəkan Mədəniyyət Sarayının Lektoriya zalında davam etdi. Tədbirdə Xəzər Rayon Səfərbərlik İdarəsinin Əməkdaşları, Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Hüquq mühafizə İdarələrinin rəhbərləri, Rayon Gənclər İdarəsinin rəisi, FHN-nin DYMH-nin və FH və MM şöbəsinin rəhbərləri, Rayon Ziyalılar Cəmiyyətinin sədri, müharibə əlilləri və veteranları, orta məktəblərin ilkin hərbi hazırlıq müəllimləri, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirdə Xəzər Rayon Səfərbərlik İdarəsinin rəisi polkovnik-leytenant N.Qurbanov, Rayon Ziyalılar Cəmiyyətinin sədri T.Səlimov, DTX-nin Xəzər Rayon İdarəsinin rəisi A.Abbasov, Rayon Məhkəməsinin sədri İ.Qaralov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsinin sədri R.Tağıyev, 156 saylı məktəbin müəllimi L.Bilalov çıxış etdilər. Sonra Səfərbərlik İdarəsi tərəfindən Fəxri Fərmanların və qiymətli hədiyyələr təqdim olundu.
     Tədbirə 156 saylı məktəbin şagirdlərinin hərbi vətənpərvərlik ruhunda söylədikləri şeyirlərlə yekun vuruldu.

 

Keçidlər