Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” qeyd edildi

31 yanvar 2019 | 16:00

  31 yanvar 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə  Mərdəkan Mədəniyyət Sarayında “2 fevral-Azərbaycan Gəncləri günü” münasibətilə bayram tədbiri keçirilmişdir.
    Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının I müavini Elşən Salahov, RİH Başçısının müavini Arif Balayev, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Polis idarəsinin rəisi  İsfəndiyar Mehbalıyev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Bakı şəhəri Gənclər və İdman idarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər evinin direktoru Əligül Ağayev və rayonun mədəni-kütləvi tədbirlərində və ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak etmişlər.
     Tədbirdə ilk öncə rayonda «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının  icrasını təmin etmək  və  müasir Azərbaycanın Gənclər siyasəti üzrə keçirilən tədbirlər, görülən işlər və qazanılan nəaliyyətlər barədə məlumat  verilmişdir.
    Sonra qonaqlar çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin dünyada nümunə olduğunu, “2 Fevral-Azərbaycan Gəncləri günü”nün ümummilli lider Heydər Əliyev tərəfindən gənclərə sevgisinin bariz göstəricisi olduğunu, bu gün ölkəmizdə savadlı, vətənpərvər, eyni zamanda, yüksək intellektə sahib rəqabətə davamlı gənc nəsil formalaşdığını bildirmişdilər.
      Daha sonra  rayonun ictimai həyatında fərqlənən, yaradıcı, istedadlı 10 gənc mükafatlandırılmışdır.
      Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər