Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər və Pirallahı rayonlarının “Rus İcmaları”ının nümayəndələri ilə görüş keçirilmişdir.

30 yanvar 2019 | 16:00

      30.01.2019- cu il tarixində YAP Xəzər rayon təşkilatının qərargahında Bakı şəhəri Xəzər və Pirallahı rayonlarının “Rus İcmaları”ının nümayəndələri ilə görüş keçirilmişdir.
      Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xəzər rayon İH-nin başçısının birinci müavini Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı və Respublika “Rus İcması”nın sədri Mixail Zabelinin müavinləri Borif Varonin və Yuriy Zenin, Xəzər rayon “Rus İcması”nın sədri Lyubov Karateyeva və rayonun qəsəbələrindən “Rus İcmaları”nın nümayəndələri iştirak etmişdilər.
     Görüşdə “Rus İcmalar”nın nümayəndələrinin çıxışlarında son illərdə respublikamızda , o cümlədən Xəzər və Pirallahlı rayonlarında aparılan geniş miqyaslı tikinti qruculuq işləri qeyd olunmuş və eyni zamanda qəsəbələrdə onları narahat edən bir sıra məsələlərin həllində köməklik göstərilməsi xahiş olunmuşdur.
    Tədbirdə çıxış edən Xəzər rayon İH-nin başçısının birinci müavini Elşən Salahov və Millət Vəkili Rauf Əliyev qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirdilər.

 

Keçidlər