Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "20 Yanvar" faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

18 yanvar 2019 | 16:00

    18 yanvar 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
   Tədbirdə Xəzər RİH Başçısının I müavini E.Salahov, RİHB-nın müavini A.Balayev, YAP Xəzər rayon Təşkilatının sədri N.Əhmədov, RİH Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatların sədrləri və  rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.       
   Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşdular.
  Daha sonra 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra,  Azərbaycanın Milli Qəhrəmanları batalyon komandiri Elxan Zülfüqarova həsr olunmuş “Ömrün 40 anı” və tağım komandiri Rövşən Hüseynova həsr olunmuş “Tələbələr döyüşə gedir” sənədli filmləri  nümayiş olunmuşdur.

 

 

Keçidlər