Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirildi.

20 oktyabr 2018 | 16:00

    20 oktyabr 2018-ci il tarixində Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə Xəzər rayon İcra Hakimiyyəti və “Azərsun” Holdinqin birgə təşkilatçılığı ilə Qala qəsəbəsində, Qala - Pirallahı avtomobil yolunun kənarında növbəti ağacəkmə aksiyası keçirildi.
      Ağacəkmə aksiyasında Xəzər rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, “Azərsun” Holdinqin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak etdilər.
      Keçirilən aksiya zamanı Qala-Pirallahı avtomobil yolunun mühafizə zolağında xüsusi ayrılmış sahəyə ümumilikdə 500 ədəd Zeytun  ağacı əkilmiş, suvarılmış və ətraf ərazidə təmizlik işləri görülmışdür.

Keçidlər