Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq orqanlarının yaradılmasının 100 illiyi və peşə bayramı Xəzər rayonunda qeyd olundu.

01 oktyabr 2018 | 16:00

    1 oktyabr 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətində "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və prokurorluq orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirildi.
    Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, Xəzər rayon Prokurorluğunun əməkdaşları iştirak etmişlər.
    Tədbiri giriş sözü ilə açan Gülağa İslamov peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ümummilli lider, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Tədbirdə çıxış edən Xəzər rayon Prokuroru Fəxri Ələsgərov göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkür etmişdir.
    Sonda rayon prokurorluğunun bir qrup əməkdaşı  prokurorluq  sistemində səmərəli fəaliyyətinə görə RİH başçısının fəxri fərmanı ilə təltif olundular.

Keçidlər