Şriftin ölçüsü :

Saytın rəngi :

İşıqlı Dünya” Kimsəsiz İnsanlara kömək İctimai Birliyi və Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2 sayl internat məktəbində tədbir keçirilmişdir .

26 sentyabr 2018 | 16:00

   26 sentyabr 2018-ci il tarixdə 2 №-li yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbində “İşıqlı Dünya” Kimsəsiz İnsanlara kömək İctimai Birliyi tərəfindən Xəzər rayon İcra Hakimiyyətinin dəstəyi ilə  Şüvəlan qəsəbəsindəki 12 №-li, 2 №-li Xüsusi internat və Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli və Mərdəkan qəsəbəsində yerləşən 2 №-li yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün internat evlərində  yaşayan kimsəsiz uşaq və yeniyetmələrin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
   Tədbirdə “İşıqlı Dünya” Kimsəsiz İnsanlara kömək İctimai Birliyinin sədri Samir Heydərov, xalq rəssamı, professor Arif Hüseynov, Xəzər RİH-nin nümayəndəsi Anar Nəsirov və internat məktəblərinin kollektivləri iştirak etmişlər. Tədbirin sonunda sərgi iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.

Keçidlər