Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda tədbir keçirildi

25 sentyabr 2018 | 16:00

    25 sentyabr 2018-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Xəzər RİH-nin birgə təşkilatçılığı ilə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda tədbir keçirildi.
   Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Xəzər RİH Başçısının müavini Arif Balayev, RİH Başçısı aparatının məsul əməkdaşları, bələdiyyə sədrlər və üzvləri, din xadimləri və ağsaqqallar iştirak etmişdirlər.
   Tədbirdə çıxış edən natiqlər Azərbaycanda ailə institutunun formalaşması və inkişafı dövlətin daim diqqət mərkəzində olduğunu qeyd etmiş, eyni zamanda, ailə xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynadığını vurğulamışdılar.

Keçidlər