Şriftin ölçüsü :

Saytın rəngi :

Türkan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.

19 sentyabr 2018 | 16:00

        19 sentyabr 2018-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Türkan  qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Səyyar görüşdə Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev,  RİH başçısının müavinləri, RİH Başçısı Aparatının şöbə müdirləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etdilər. Səyyar görüşdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı.
     Daha sonra İcra Başçısı Türkan qəsəbəsində aparılan abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi.
    Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
     Rayon İcra Hakimiyyəti başçısı G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

 

Keçidlər