Şriftin ölçüsü :

Saytın rəngi :

“15 sentyabr-Bilik günü” Xəzər rayonunun məktəblərində qeyd olundu.

15 sentyabr 2018 | 16:00

     15 sentyabr 2018-ci il tarixində Xəzər rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr - “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilmişdir.
     “Bilik günü” münasibətilə Şüvəlan qəsəbəsində ki, 156 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, Xəzər rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Elşən Salahov,  YAP Xəzər rayon Təşkilatının Aparat rəhbəri İlham Məmmədov, məktəbin müəllim və şagird heyəti iştirak etmişdirlər.
Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxış edərək ilk növbədə “Bilik günü” münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. F.Qurbanov çıxışında qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.
     Sonra Xəzər RİH Başçısının birinci müavini E.Salahov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayaraq, ötən tədris ilinin də Xəzər rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.
   Tədbirin sonunda məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

 

Keçidlər