Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti iməcilik keçirilib

15 sentyabr 2018 | 16:00

     15 sentyabr 2018-ci il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində növbəti iməciliklər keçirilib. İməcilikdə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, əkilən ağaclar suvarılıb, otluq sahələr baş verə biləcək   yanğın hadisələrinin qarşısını almaq üçün quru ot və alaqlardan təmizlənib.
     İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib.

 

Keçidlər