Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirildi

29 avqust 2018 | 16:00

      29 avqust 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri iştirak etdilər.
    Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və  qəbulda iştirak edən sakinləri dinlədi.
      Sakinlər çıxış edərək rayonda, xüsusilə Zirə qəsəbəsində geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Həmçinin sakinlər Rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.
        Sonda Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər