Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "15 iyun-Milli Qurtuluş Günü"nə həsr olunan bayram tədbiri keçirildi.

13 iyun 2018 | 16:00

   13 iyun 2018-ci il tarixində Zirə Mədəniyyət Mərkəzində (Eko Parkda) Xəzər rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "15 iyun-Milli Qurtuluş Günü"nə həsr olunan bayram tədbiri keçirilib.
      Tədbirdə Xəzər rayon İcra Hakimiyyətini Başçısının birinci müavini Vaqif Həsənov, müavinlər Arif Balayev və Lalə Əhmədova,  YAP Xəzər Rayon təşkilatının sədri Namik Əhmədov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin Baş redoktoru Vüqar Rəhimzadə,  RİH Başçısı Aparatının əməkdaşları,  Xəzər rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov,  rayonun idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevdən bəhs edən video rolik  nümayiş olunub.
    Sonda tədbir bayram konserti ilə davam edib.

Keçidlər