Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirildi.

25 may 2018 | 16:00

     25 may 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığ ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirildi.

       Tədbdə Xəzər rayon idarə, müəsisə və təşkilat rəhbərləri,  hüquq mühafizə orqanlarının nümayəndələri və çimərlik operatorları iştirak etdilər.
     İlk olaraq tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov açaraq giriş nitqi ilə çıxış etdi.
       Sonra kiçik həcmli gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdi.
      Daha sonra mövzu ətrafında Xəzər rayon Gigiyena və Epidemologiya Mərkəzinin sədri, rayon Polis İdarəsinin rəis müavi,Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının Baş həkimi, Rayon Mənzil Kommunal təsərrüfatı Birliyinin rəis müavini çıxışlar edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
      Müşavirənin sonunda çimərlik sahiblərini maraqlandıran suallar Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov tərəfindən cavablandırıldı. Tədbir diskusiya formasında öz işini başa vurdu.

Keçidlər