Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi.

18 aprel 2018 | 16:00

     18 aprel 2018-ci  il tarixində Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Mərdəkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
     Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. Görüşü Rayon İcra     Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham     Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparıldığını vurğuladı. G.İslamov bildirdi ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenin küçəsində yerləşən ümumi sahəsi 3550 kv m olan parkda yenidənqurma işlərinə başlanılmışdır. Əraziyə 5300 m3 münbit torpaq daşınılmış, parkın ətrafındakı qəzalı vəziyyədə olan divarlarda bərkidilmə işləri görülmüş, divarlara üzlük daşların vurulması işlərinə başlanılmışdır. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri sökülərək yenidən qurulur. Hal-hazırda qəsəbənin mərkəzi küçəsində yol kənarı hasarlara müasir üzlük daşlar vurulur, magistral yolun ətrafında yeni yaşıllıq salınır və mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır.
     G.İslamov həmçinin bildirdi ki, yaxın vaxtlarda qəsəbənin mərkəzi küçəsi olan S.yesenin küçəsində asfalt çəkilişləri işlərinə başlanılacaqdır. 
    Daha sonra qəsəbə sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
   Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov  sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə yerindəcə tapşırıqlar verdi.

Keçidlər