Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Buzovna qəsəbəsində yeni idman zalının açılış olub

09 aprel 2018 | 16:00

     09 aprel 2018-ci il tarixində Xəzər rayonunun Buzovna qəsəbəsində yeni inşa olunmuş idman zalının açılışı olmuşdur.
     Tədbirdə Gənclər və İdman Naziri Azad Rəhimov, Millət vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və digər rəsmilər iştirak ediblər.
     Tədbirdə çıxışı edən Azad Rəhimov bildirib ki, Buzovnada inşa edilmiş idman zalı prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. Binda universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı və digər mərkəzlər var.
      Buzovna idman zalının tikinti işlərinə 2013-cü ildə başlanılıb. Obyektin ümumi tikilialtı sahəsi 1300 m2, ümumi sahəsi 1827 m2 təşkil edir. Yaşıllaşdırma işləri 290 m2, asfalt-beton yollar, daş-döşəmə və abadlıq sahəsi 1261 m2-dir. İdman zalı binası iki mərtəbədən ibarətdir (tikilialtı sahəsi 1033 m2, ümumi sahəsi 1514 m2).
      Binada universal idman zalı, trenajor zalı, şahmat otağı, tədris otağı, kafe, məşqçi otağı, həkim otağı, müdiriyyət və işçi otaqları, anbar, idmançılar üçün soyunub-geyinmə, duş, sanitar qovşaqlar, girişdə qeydiyyat hissəsi var. Bunlarla yanaşı, baş plana əsasən, ərazidə süni örtüklü voleybol meydançası və həmin meydança üçün soyunub-geyinmə, duş və sanitar qovşaqları olan iki hissədən ibarət bina inşa edilib.
       Eyni zamanda, içməli və yanğına qarşı ehtiyat su anbarı, qazanxana, nasosxana inşa edilib, komplekt transformator məntəqəsi quraşdırılıb. İdman zalı müasir soyutma, isitmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilmiş və obyekt su, qaz, işıq, rabitə xətləri ilə təmin edilib.

Keçidlər