Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.

05 aprel 2018 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılır.

     Belə ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenin küçəsində yerləşən ümumi sahəsi 3550 kv m olan parkda yenidənqurma işlərinə başlanılmışdır. Əraziyə 5300 m3 münbit torpaq daşınılmış, parkın ətrafındakı qəzalı vəziyyədə olan divarlarda bərkidilmə işləri görülmüş, divarlara üzlük daşların vurulması işlərinə başlanılmışdır.

      Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri sökülərək yenidən qurulur. Hal-hazırda qəsəbənin mərkəzi küçəsində yol kənarı hasarlara müasir üzlük daşlar vurulur, magistral yolun ətrafında yeni yaşıllıq salınır və mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılır.

Keçidlər