Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" devizi altında Xəzər rayon məktəblilərinin Naxçıvan Muxtar Respublikasına olan səfəri başa çatmışdır.

29 mart 2018 | 16:00

    29 mart 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Xəzər rayon  məktəblilərinin Naxçıvan Muxtar Respublikasına olan 4 günlük səfərləri başa çatmışdır.    
     Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Xəzər rayon məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Xəzər  RİH-nin rəsmiləri  tərəfindən qarşılandılar.
    Səfərdən qayıdan məktəblilər layihə barədə xoş təəssüratlarını bölüşərək, bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını və bunun üçün də cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.
    Hava limanından Xəzər RİH-nin inzibati binası qarşısına gətirilən məktəblilər valideynlərinə təhvil verilmişdir.

Keçidlər