Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olundu.

19 mart 2018 | 16:00

       19 mart 2018-ci il tarixində Xəzər rayonunun  Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında  Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
      Bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilatların rəhbərləri,  təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əmək kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir.
       İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması,  Bahar qızının qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşılaması tədbir iştirakçılarında xoş ovqat yaratdı.
       Daha sonra qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış oldular. Rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları, Kosa, Keçəlin  iştirakı şənliyin daha da əyləncəli, şux keçməsinə zəmin yaratdı.
       Daha sonra şənlik tanınmış müğənilərin ifaları və kansert proqramı ilə davam etdirilmişdir .

 

Keçidlər