Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ilk dəfə səs verəcək rayon gənclərinin toplantısı keçirilmişdir.

09 mart 2018 | 16:00

      09 mart 2018-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilər arasında maarifləndirmə işinin təşkili ) icrasını təmin etmək məqsədi ilə gənclər, xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması , həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2018-ci il 11 aprel     Prezident seçkiləri ilə bağlı ilk dəfə səs verəcək Xəzər rayon gənclərinin toplantısı keçirilmişdir.
   Tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin məsul işçisi Kənan Firdovsioğlu, Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident yanında Bilik fondunun aparat rəhbəri İsaxan Vəliyev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin Baş məsləhətçisi Elşən Rüstəmov və rayonun ilk dəfə səs verəcək gəncləri iştirak etmişdir.
     Toplantıda çıxış edən rəsmilər seçki qanunvericiliyi, seçkilərin əhəmiyyəti, seçki günü səsvermə proseduru haqqında ətraflı məlumatlar vermiş, daha sonra ilk dəfə səs verən gənclərin mövzu ilə bağlı sualları cavablandırılmışdır.

Keçidlər