Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda «2 fevral gənclər günü» münasibətilə bayram tədbiri keçirilmişdir.

31 yanvar 2018 | 16:00

       Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi, YAP Xəzər rayon təşkilatı, Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi  ilə birlikdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 – cü ildönümünə həsr olunmuş  «2 fevral – Azərbaycan gəncləri günü» münasibətilə bayram tədbiri keçirilmişdir.
         Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov , Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, rayonun gəncləri iştirak etmişdilər. Tədbirdən öncə 2017 – ci il ərzində  rayonda Gənclər siyasəti sahəsi üzrə keçirilən tədbirlər, əldə olunan nəaliyyətlər haqqında hesabat film izlənilmişdir.Rayon rəhbərliyi tərəfindən gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə göstərdikləri fəallığa və əldə etdiyi nəaliyyətlərə  görə 13 nəfər gəncə   diplomlar və xatirə  hədiyyələri  təqdim olunmuşdur. Bayram tədbiri estrada ulduzlarının iştirakı ilə geniş konsert proqramı ilə davam etmişdir.

Keçidlər