Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

12 yanvar 2018 | 16:00

       12 yanvar 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şağan qəsəbəsindəki 124 saylı tam orta məktəbdə “Azərbaycan gəncliyi 2017-2021 - ci llərdə Dövlət Proqramı”nın  5.1.2 bəndinin icrasının təmin etmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə  Şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir. 
      Filmin təqdimatından öncə məktəbin direktoru Sevda Abdullayeva, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi  Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov, Xəzər rayon Vətən Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xəzər rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin sədri Ağaşah Yusifov,  124№-li tam orta məktəbin direktor müavini  Sevinc  Atayeva çıxış  etmişlər.
     Məktəblilərin hazırladığı  Şəhidin xatirəsinə həsr olunmuş   əbədi bədii kompazisiya və daha sonra sənədli film nümayiş etdirilmişdir.

 

Keçidlər