Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli xüsusi internat məktəbində bayram şənliyi keçirilmişdir.

23 dekabr 2017 | 16:00

          31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində bayram şənliyi keçirilmişdir.
     Şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
      Sonra internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.

Keçidlər