Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir

12 dekabr 2017 | 16:00

    12.12.2017-ci il tarixdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsi tərəfindən Ümummilli Liderin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir. Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Xəzər rayon icra Hakimiyyətinin məsul işçiləri Anar Nəsirov, Vəli Vəliyulla, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Xəzər rayon şöbəsinin sədri Rasət Tağıyev, Qarabağ  müharibəsi əlilləri  veteranları  və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qaygı” Cəmiyyətinin sədri Müşfiq Əliyev və Birliyin üzvləri iştirak etmişlər. Mərasimdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar  oxunmuş və çıxışlar olunmuşdur.

Keçidlər