Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “ Beynəlxalq Əlillər Günü” münasibəti ilə tədbir keçirildi.

01 dekabr 2017 | 16:00

        1 dekabr 2017-ci il tarixində “Beynəlxalq Əlillər Günü” münasibəti ilə Xəzər Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir .      
        Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Xəzər RİH Başçısının müavini Arif Balayev, şöbə müdiri Gülbala Qurbanov, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sevinc İsmayılova və  mərkəz xidmətlərindən bəhrələnən, sağlamlıq imkanları məhdud uşaqlar və onların ailə üzvləri , icmadan olan insanlar iştirak edirdilər.
       Tədbirdə çıxış edən Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Xəzər rayon İcra Hakimiyyəti Baçısının müavini Arif Balayev qonaqları salamlamış və Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Xəzər rayon İcra Hakimiyyəti Tərəfindən və il ərzində əlilliyi olan şəxlərlə görüşmüş işlər barədə məlumat vermişlər . Tədbir çərçivəsində  həmçinin Şüvəlan UADM-nin əlilliyi olan şəxslərlə görülən iş barədə videorolik izlənmiş və ehtiyacı olan şəxslərə 3 ədəd əlil arabası və 5 ədəd ortopedik ayaqqabı verilmişdir .

 

Keçidlər