Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilir.

04 oktyabr 2017 | 16:00

     Xəzər rayonunda abadlıq-quruculuq işləri davam etdirilir. Bütün qəsəbələr üzrə küçə və prospektlərdə təmizlik və abadlıq işləri aparılır. Eyni zamanda məhəllədaxili parklarda yaşıllıqlara mütəmadi qulluq edilir.
    Rayonun Bütün qəsəbələrində olduğu kimi Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq işləri aparılmışdır. Belə ki, qəsəbənin S.Yesenin, Sahəddin Dadaşov, Qurban İsmayılov küçәlərində ki, yaşayış binalarının qarşısında mәhәllәdaxili yolların deformasiyaya uğramış və istismara yaramayan hissәlәri bәrpa edilərək, yeni asfalt örtüyü çəkilmişdir. O cümlədən, küçə boyu istinad divarları bərpa edilərək rənglənmmişdir. Qeyd olunan küçələrdə işıq dirəkləri, qaz xətləri və sakinlərə məxsus dəmir qapıların rənglənməsi işləri aparılmışdır.
      Həmçinin, ərazidə mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılmış, quru ağaclar təmizlənmiş, alaq otları vurulmuş və yeni gül kolları əkilmişdir.

Keçidlər