Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilmişdir.

03 oktyabr 2017 | 16:00

         03.10.2017-ci il tarixdə     Mərdəkan qəsəbəsində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda rus şairi Sergey Yeseninin anadan olmasının 122-ci ildönümünə həsr edilən ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın Rus İcmasının sədr müavinləri Yuriy Zenin, Lyubov Yakunina, Azərbaycanın Rus İcmasının Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Azərbaycan-Rusiya əməkdaşlığı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Pravoslav Kilsənin nümayəndəsi otes Deanisiy, Xəzər Universitetinin prorektoru İsaxan İsaxanlı, Xəzər rayon Rus İcmasının sədri Lyubov Koroteyeva, Xəzər RİH nümayəndəsi Anar Nəsirov iştirak etmişdir. Tədbirin əvvəlində natiqlər öz çıxışlarında böyük rus şairinin əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunduğu vurğulamış və hər il oktyabrın 3-də şairin doğum gününün Rusiya ilə yanaşı, Azərbaycanda da qeyd olunduğu bildirmişlər. Tədbirin sonunda məktəblilər rus şairinin şeirlərini səsləndirib, sözlərinə bəstələnən mahnılar ifa ediblər.

 

Keçidlər