Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Buzovna qəsəbə sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası keçirildi.

14 sentyabr 2017 | 16:00

     Xəzər rayonunda Buzovna qəsəbə sakinləri üçün ödənişsiz tibbi müayinə aksiyası keçirildi.
14.09.2017-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Buzovna bələdiyyəsinin inzibati binasında qəsəbə sakinlər üçün növbəti ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilmişdir.
    Aksiya zamanı 213 sakin pulsuz olaraq terapevt, ginekoloq, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ müayinələrdən yararlandı. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa qanın kliniki analizi üçün xüsusi kupon verildi.
    Aksiyanın rayonun Şağan, Mərdəkan, Şüvəlan, Qala Türkan və Zirə qəsəbələrində də keçirilməsi nəzərdə tutulub.

 

 

Keçidlər