Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonu ərazisində aparılan abadlıq, quruculuq və sanitar - təmizlik işlərinin gedişatı barədə növbəti iclas keçirildi

03 avqust 2017 | 16:00

         3 avqust 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində rayon ərazisində aparılan abadlıq, quruculuq,  və sanitar təmizlik işlərinin gedişatı barədə növbəti iclas keçirildi.
İclasda Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, başçının I müavini və müavinləri, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdilər.
        İclasda şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri həftə ərzində  görülən işlər barədə məlumatlar verdilər.
İclasda çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov qəsəbələrdə aparılan tikinti, quruculuq, abadlıq və sanitar - təmizlik işləri ilə bağlı ətraflı məlumat verərək qarşıda duran vəzifələri müəyyənləşdirdi, aidiyyatı qurumlara öz tapşırıqlarını verdi.
       İclasın sonunda Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə təltif edilən rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin  müdiri Əfsar Mirzəliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu..

Keçidlər