Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin I rübü üzrə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

20 aprel 2017 | 16:00

       10 aprel 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində 2017-ci ilin I rübü üzrə  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
       Hesabat iclasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə və müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
       Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iclası giriş sözü ilə açaraq, bildirdi ki, 10 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında ölkə başçısı ötən 3 ay ərzində iqtisadi islahatların daha da sürətlə aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul edilməsini qeyd etmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması, bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Cənab Prezident I rüb ərzində qeyri-neft sektorunun 2,4 % , kənd təsərrüfatının 3,5 %, bitkiçiliyin 20 %, ticarət dövriyyəsinin 15 %, ixracın 50 % artmasını, idxalın isə 17 % azalmasını xüsusi qeyd etmişdir. Eyni zamanda valyuta ehtiyatlarımızın I rüb ərzində 1 milyard dollar artaraq bu gün 38,5 milyard dollara çatması da qeyd edilmişdir.
        Gülağa İslamov həmçinin, hesabat dövründə respublikanın hər yerində olduğu kimi Xəzər rayonunun sosial-iqtisadi sahələrində də dinamik inkişafın davam etməsini, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilməsini vurğulamışdır.
     Daha sonar RİH Başçısının müavini  Lalə Əhmədova Xəzər rayonunun 2017-ci ilin I rübü ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdikdən sonar, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov, Xəzər rayon Su-Kanal İdarəsinin baş mühəndisi İ.Əliyev, “İqlim” Elm İstehsalat Müəssisəsinin direktoru Sabir Abbasov və  “NB Qroup” Şirkətlər Birliyinin baş direktoru Fərrux Qasımov (sahibkar) hesabat məruzəsi ətrafında çıxışlar etmişdilər.

Keçidlər