Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda yerləşən “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilmişdir

20 mart 2017 | 16:00

           20 mart 2017-ci il tarixində Xəzər rayonunda yerləşən “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Anar Nəsirov, Qarabağ  Müharibəsi Əlilləri,  Veteranları  və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları  Şurasının Xəzər rayon şöbəsinin sədri Nüsrət İbrahimov, Azərbaycan Respublikası Milli Qəhrəmanlarının      
    Tanıtma İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Elçin Əzimov, müavini Şaban Cabbarov, Milli Qəhrəman Vahid Quliyev və hərbi hissənin rəhbərliyi iştirak etmişlər. Hərbçilər qarşısında çıxış edən hərbi hissənin rəhbərliyi və natiqlər əsgərləri bayram münasibətilə təbrik ediblər. Tədbir bayram konserti ilə davam edib.

Keçidlər