Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Naxçıvandan gələn məktəblilərin Xəzər rayonunda təntənəli şəkildə qarşılandılar .

18 mart 2017 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
    “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində 18 mart 2017-ci  il tarixdə Naxçıvan Muxtar Respublikasından gələn məktəblilər Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Dendirari” Parkda təntənəli şəkildə  qarşılandılar.
Daha sonra məktəblilər Xəzər rayonunun gəzməli görməli yerləri və Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzi “Eko park”la yaxından tanış oldular. 

Keçidlər