Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

08 fevral 2017 | 16:00

       8 fevral 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
       Mərdəkan Mədəniyyət Sarayında 380 nəfər rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat konfransında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  məsul işçisi Tağı Tağıyev, Millət Vəkili Rauf Əliyev,  Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf  Fondunun sədri Elmar Mədətov, Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdilər.
       Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
      Sonra qonaqlar  mədəniyyət mərkəzinin foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendlə və  Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izləyiblər.
      Filmin nümayişindən sonra hesabat məruzəsi ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2016-cı il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan G.İslamov 2016-cı ildə rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşaiyət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
       Daha sonra Xəzər Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Arif Məmmədov, Xəzər rayon Su-Kanal İdarəsinin rəisi Mübariz Nəsirov, “Zirə Məhsul” Müəssisəsinin direktor müavini Mahir Əmirov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Millət Vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Namiq Əhmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev məruzə ətrafında çıxışlar etdilər.
      Hesabat yığıncağında Xəzər rayonunun ictimai-siyasi həyatında aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxslərə rayon icra hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olunub.
     Yığıncağın sonunda hesabat iclasının Qərarı oxunmuş və yığıncaq iştirakçıları adından cənab Prezidentə müraciət ünvanlanmışdır.

 

 

 

 

Keçidlər