Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr 2016-cı il tarixində Milli Dirçəliş gününə həsr olunmuş “İstedad sorağında” bədii qiraət üzrə müsabiqənin final mərhələsi keçirilmişdir.

22 noyabr 2016 | 16:00

     22 noyabr 2016-cı il tarixində  Şüvəlan qəsəbə Mədəniyyət evi Milli Dirçəliş gününə həsr olunmuş “İstedad sorağında” bədii qiraət üzrə müsabiqənin final mərhələsi keçirilmişdir.
   Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin Baş Məsləhətçisi V.Vəliyulla, N saylı hərbi hissənin Zabiti R.Əliyev, Süvəlan qəsəbə Mədəniyyət evinin direktoru N.Abbasov, Mərdəkan və Şüvəlan qəsəbələrində olan 156,181,183,230, 237saylı tam orta məktəblərin 5-11ci sinif şagirdləri iştirak etmişlər.
       Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış daha sonra Şüvəlan Mədəniyyət evinin direktoru qonaqları Milli Dirçəliş günü münasibətilə təbrik edib,müsabiqədə qalib gələn ve yer tutan şagirdləri təbrik edərək onlara uğurlar arzuladı.
     Sonra tədbir gənc ifaçiların və Mədəniyyət evinin rəqs kollektivləri və karateistlərinin  şən və yaddaqalan çıxışları ilə davam etdirildi. Sonda tədbir  Bədii qiraət üzrə müsabiqədə qalib gələnlərin mükafatlandırılması və  təşkil olunmuş kitab sərgisinə baxışla yekunlaşmışdır.

Keçidlər