Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etməkdədir.

10 noyabr 2016 | 16:00

          Respublikamızın hər yerində olduğu kimi paytaxtın Xəzər rayonu ərazisində də davamlı abadlıq-quruculuq işləri aparılır.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  imzaladığı dövlət proqramları, fərman və sərəncamlarından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi
Xəzər rayonunun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də  davam etdirilir.
     Rayonun bütün yaşayış sahələrində olduğu kimi, hazırda rayonun Mərdəkan qəsəbəsinin mərkəzi küçələri əsaslı şəkildə yenidən qurulur və abadlıq-quruculuq işləri aparılır.
       Belə ki,Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Mərdəkan qəsəbəsinin mərkəzi küçəsi olan S.Yesenin küçəsinə yeni asfalt salınmış, küçədə işıqlandırma sistemləri quraşdırılmış, həmçinin bir çox yerdə avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılmış, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanmış, magistral yolların ətrafları abadlaşdırılmış, yol kənarı hasarlara müasir üzlük daşlar vurulmuş, fərdi yaşayış evlərinin hasarları və darvazaları əsaslı təmir edilmiş və rənglənmişdir.
     Yerli sakinlərin asüdə vaxtlarının səmərəli keçirilməsi üçün  qəsəbənin girişində istirahət parkı salınmışdır. Yeni salınan istirahət parkında 270.0m3 beton, 1200 p/m hörgü işigörülmüş və əraziyə 1500.0m3  torpaq daşınılmışdır. Parkın ətrafındakı divarlara 250.0m2 üzlük daş vurulmuş və 620.0 p/m karniz düzülmüşdür. Parkın sahəsi 2350.0m2 tametlə üzlənmiş, 210.0m2 səki salınmış, 480.0 p/m bardyur düzülmüşdür. Hal-hazırda parkda tamamlanma işləri gedməkdədi, yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır.
     Qəsəbə ərazisində mövcud olan yaşıllıq sahələrində mövsümi budama işləri aparılıb, quru ağaclar təmizlənib, yeni əkilən və çoxillik güllərə qulluq göstərilib və hamısı vaxtaşırı suvarılır.

Keçidlər