Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ''18 oktyabr- Dövlət Müstəqilliyi günü''nə həsr olunmuş ''Müstəqilliyimiz əbədidir'' mövzusunda orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.

14 oktyabr 2016 | 16:00

    14 oktyabr 2016-cı il tarixdə Mərdəkan Mədəniyyət Sarayında ''18 oktyabr- Dövlət Müstəqilliyi günü''nə həsr olunmuş ''Müstəqilliyimiz əbədidir'' mövzusunda orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi və gənclərlə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, İcra Hakimiyyətinin əməkdaşı Çərkəz Tanrıverdiyev ''Dövlət Müstəqilliyi günü'' ilə bağlı ətraflı məlumat vermiş daha sonra inşa yazı müsabiqəsinin qaliblərini mükafatlandırmışlar. Tədbirin sonunda məktəblilərin vətənpərvərlik mövzusunda şeirləri dinlənilmişdir

Keçidlər