Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirildi.

17 may 2016 | 16:00

        17 may 2016-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığ ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirə keçirildi.
       Tədbdə Xəzər rayon idarə, müəsisə və təşlat əhbərləri,  hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişdilər.
       Müşavirəyə Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev sədirlik etdilər.
İlk olaraq tədbiri Xəzər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Vaqif Həsənov açaraq giriş nitqi ilə çıxış etdi. Sonra Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdi.
        Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat, tibb və təşkilat sektorunun müdiri Mənsur Piriyev, FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Qeydiyyat-reyestr şöbəsinin rəisi Muğam Əliyev, Xəzər rayon Gigiyena və Epidemologiya Mərkəzinin müdiri Qair Cərullayev, rayon Polis İdarəsinin rəis müavini, polkovnik Dəyanət Əliyev, 10 saylı Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının Baş həkimi Təranə Şahməmmədova, Rayon Mənzil Kommunal təsərrüfatı Birliyinin rəisi Yaşar Novruzov çıxış edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
        Sonda Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən hazırlanmış film nümayiş etdirildi.

 

Keçidlər