Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə növbəti ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir

10 may 2016 | 16:00

            10 may 2016-cı il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibəti ilə Xəzər rayonunun Türkan qəsəbəsində ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
İməcilikdə rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH  başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin kollektivləri, rayon xidmət idarələrinin rəhbərləri  və yerli sakinlər iştirak etmişdir.
         1000  (min)  nəfərdən çox adamın iştirakı etdiyi iməcilikdə 5 kilometr uzunluğunda yolun kənarlarında təmizlik işləri aparılmış, əkilmiş ağacların dibləri yumuşaldılmışdır. Ümumilikdə rayon üzrə  3000 ədəd müxtəlif növ (Zeytun və giparis) ağacları əkilmişdir. İməcilikdə rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Gazelli Group” MMC-nin əməkdaşları da kütləvi şəkildə iştirak etmişdilər.
       Ulu Öndərin anadan olmasının 93 illiyi münasibəti ilə rayonun digər 7 qəsəbəsində də ağacəkmə aksiyaları keçirilmişdir. Belə ki, Mərdəkan qəsəbəsinin Yesenin küçəsində, Şüvəlan qəsəbəsinin Heydər Əliyev küçəsində, Qala qəsəbəsinin 4 yol deyilən ərazisində, Buzovna qəsəbəsinin Buzovna-Mərdəkan yeni salınmış magistral yolun ətrafında, Şağan qəsəbəsinin Buzovna-Şüvəlan yeni salınmış magistral yolun hər iki tərəfində, Binə qəsəbəsinin mərkəzi küçəsində və Zirə qəsəbəsinin Şirvani küçəsində ağaclar əkilmiş, ətraf ərazilərdə abadlıq işləri aparılmışdır.
         Əsl ümumxalq bayramına çevrilən aksiyada rayon sakinləri həvəslə iştirak etmişdi. Bu dəfə keçirilən aksiya vaxtı əvvəllər yaxın ərazidə əkilmiş müxtəlif ağac növləri,  dekorativ ağac və gül kollarına qulluq göstərilib. Eyni zamanda ağacların davamlı şəkildə suvarılması üçün əraziyə su xəttləri çəkilib.Ümimilikdə isə yanvar ayının birindən bu yana rayon ərazisində 37 minə qədər ağac əkilib.

Keçidlər