Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.

24 fevral 2016 | 16:00

      24 fevral 2016-ci il tarixində Xəzər rayonu Mərdəkan Mədəniyyət evində  26 fevral-Xocalı soyqırımının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirildi.                  
      Tədbirdə Xəzər RİH Başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH Başçısının müavinləri, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  rayon hüquq mühafizə orqanlarının rəhbərləri, məktəblilər  və 380 nəfər rayon ictimaiyyəti iştirak etmişdir.
    Tədbirdən öncə Mərdəkan  Mədəniyyət sarayının foyesində “Xocalı soyqırımı şağirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi nümayiş etdirilmişdir.
      Daha sonra  Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Xocalı   Soyqırımının 24-cü ildönümünə həsr olunmuş ədəbi bədii kompozisiya və film nümayiş etdirilmişdir.  


 

Keçidlər