Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Şuşada bir gün” adlı tədbir keçirilmişdir

16 may 2022 | 16:00

   14 may 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən şəhid Emin Əliyev adına 234 №-li tam orta məktəbdə “Şuşada bir gün” adlı tədbir keçirilmişdir.
  Tədbirdə Xəzər RİH Başçısının müavini Lalə Əhmədova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı, Qafqaz Müsəlmanlar İdarəsinin qazisi,     Buzovna “Cümə” məscidinin axundu Hacı Soltan, şəhid anaları, məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə qonaqlar məktəbin həyətində peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət olan sərgi-yarmarka ilə tanış olmuşlar. Ənənə halını alan satış-yarmarkadan əldə olunan gəlir "YAŞAT" fonduna köçürülmüşdür.
   Daha sonra qədim Şuşa qalasını əks etdirən səhnənin qarşısında şagirdlər İbrahim xan, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Ağabəyim ağa, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Xan Şuşinski kimi Qarabağın böyük simalarının obrazlarını, I Qarabağ savaşı və Vətən müharibəsi, eyni zamanda Şuşanın azad olunmasını canlandırmaqla bu qədim şəhərin 270 illik tarixinə nəzər salıblar.
  Tədbirin sonunda çıxış edən qonaqlar Şuşanı bizə qaytaran müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza minnətdarlıqlarını ifadə ediblər, onlara “Şuşada bir gün” yaşatdıqları üçün bu gözəl tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.

Keçidlər