Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

12 may 2022 | 04:00

   11 may 2022 -ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığ ilə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda rayon müşavirəsi keçirildi.

 

   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin I müavini Elşən Qurbanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini general mayor Kamil Bağırov, rayonun təhsil, səhiyyə müəssisələri, hüquq mühafizə orqanlarının nümayəndələri və çimərlik operatorları iştirak etdilər.

 
   İlk olaraq tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq giriş nitqi ilə çıxış etdi. Sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqə və təbliğat şöbəsinin əməkdaşı Müvəssil Allahverdiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdilər.

 
     Daha sonra mövzu ətrafında Rayon Mənzil Kommunal təsərrüfatı Birliyinin baş mühəndisi, rayon Polis İdarəsinin əməkdaşı,Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının Baş həkimi, Xəzər rayon Gigiyena və Epidemologiya Mərkəzinin həkimi çıxışlar edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
      Tədbirin  sonunda Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini general mayor Kamil Bağırov mövzu ətrafında cıxış etdi.

 

Keçidlər