Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib

05 may 2022 | 16:00

  05.05.2022-ci il tarixində Buzovna qəsəbəsində yerləşən 125 saylı tam orta məktəbdə “Şuşa ili” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Şuşa RİH başçısının müavini Vüsalə Fətəliyeva, Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, Xəzər Yazıçılar Birliyinin sədri Arif Buzovnalı, Buzovna “Cümə” məscidinin axundu Soltan Əlizadə, şəhid ailələri və digər qonaqlar iştirak etmişdir.

 

 

  Tədbir məktəbin foyesində Şuşaya həsr olunmuş sərgi ilə başlanmışdır. Sonra məktəbin akt zalında şagirdlərin ifasında Vətənə, Şuşaya, şəhidlərimizə, 44 günlük Zəfər tariximizə həsr olunmuş şeirlər, mahnılar dinlənildi, rəqslərə tamaşa edildi.

 

  

  Tədbirdə çıxış edən qonaqlar 30 illik Qarabağ həsrətindən, Şuşanın alınmasında əsgərlərimizin qəhrəmanlığından, 44 günlük Zəfər yolunun xalqımıza bəxş etdiyi Qələbədən geniş söhbət açdılar, tədbirin təşkilatçılarına, müəllim və şagird kollektivinə təşəkkür edərək, Allahdan şəhid analarına səbr, şagirdlərimizə şəhidlərin qanı hesabına qazanılmış bütöv Azərbaycanın layiqli övlad olmaqlarını arzuladılar.

  

  

Sonda məktəbin direktoru Zeynəb Axundova çıxış edərək, gələn qonaqlara minnətdarlığını bildirdi, tədbirin təşkilində əməyi olan hərkəsə təşəkkür etdi.

Keçidlər